azturkxeber.az
http://azturkxeber.az

SOCAR və CIMA arasında anlaşma memorandumu imzalanıb

18-08-2025

SOCAR ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı (CIMA – The Chartered Institute of Management Accountants) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Şirkətdən bildirilib ki, memorandum CIMA-nın Londonda yerləşən Baş ofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.

Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, həmçinin SOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarının təşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcı peşəkar təşkilatlardan biri olan CIMA 1919-cu ildə Böyük Britaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən CIMA maliyyə rəhbərləri və menecerləri üçün yüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir. CIMA, həmçinin ABŞ Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - The American Institute of Certified Public Accountants) ilə birlikdə beynəlxalq səviyyədə tanınan “Sertifikatlaşdırılmış Qlobal İdarəetmə Mühasibi” (CGMA - Chartered Global Management Accountant) sertifikatının da təsisçisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031