azturkxeber.az
http://azturkxeber.az

Salyanda yol qəzası zamanı 1 nəfər ölüb, 2-si xəsarət alıb

18-08-2025

Salyanda yol qəzası zamanı 1 nəfər ölüb, 2-si xəsarət alıb

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara avtomobil yolunun Salyanın Yenikənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində dünyasını dəyişib. Şahlar Rzayev ilə Sevinc Qasımova isə xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031