azturkxeber.az
http://azturkxeber.az

Polis Göyçayda əməliyyat keçirdi – 12 kiloqram narkotik aşkarlandı

18-08-2025

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıb. Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031