azturkxeber.az
http://azturkxeber.az

Gənclər və İdman Naziri Mərakeşli Gənclərlə Görüşüb: Beynəlxalq Əməkdaşlıq və Təəssüratlar Müzakirə Olundu

18-08-2025

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Mərakeş gənclər nümayəndə heyətini qəbul edib. Görüş zamanı nazir mərakeşli gənclərin suallarını cavablandırıb, onların səfər təəssüratlarını dinləyib. Qonaqlara ölkəmizdə həyata keçirilən layihələr və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Qeyd edək ki, bu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər sahəsində növbəti beynəlxalq mübadilə proqramıdır. Proqram çərçivəsində avqustun 15-dən 25-dək Mərakeşin gənclərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlar Bakı şəhərinin, eləcə də 2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıtın tarixi və mədəni məkanları ilə tanış olub, bir sıra görüşlər keçiriblər, həmçinin ölkəmizin Gənclər Evləri və idman qurğuları barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində qonaqlar 2024-cü ilin "Gənclər Paytaxtı" olmuş Lənkəran şəhərinə də yollanacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031