azturkxeber.az
http://azturkxeber.az

Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

18-08-2025

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Yaradıcı Həftə 2025 çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı 6–12 oktyabr tarixlərində baş tutacaq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunan festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək. Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. “Baku Cinema Breeze” festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.

“Baku Cinema Breeze” çərçivəsində:

* Şərq Ölkələrinin Film Marketi,

* II “ATA” Türk Dünyası Animasiya Festivalı,

* İslam Ölkələrinin Kino Günləri,

* “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.

Payızda keçiriləcək bu festival ölkəmizin mədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütün sənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.

Əlavə məlumat üçün: www.bakucinemabreeze.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031