azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir

18-08-2025

Azərbaycan Sərhəd Mühafizəsi 106-cı ildönümünü Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir hərbi arsenala malik, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini peşəkar şəkildə qorumağa qadir bir qurum kimi qarşılayır.

Bu münasibətlə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilmişdir.

“Sərhədçi” Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 avqust 2025-ci il tarixli sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilmişdir.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunmuşdur.

https://youtu.be/KlrlVOAv3ps?si=6zRIvvEUIdh2ytEL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031