azturkxeber.az
http://azturkxeber.az

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

18-08-2025

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin olunması məqsədilə növbəti səriştəlilik sınağını elan edir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, budəfəki sınaq buğdada zərərvericilərlə zədələnmiş dənlər, şüşəvarilik, cücərmiş və sürməli dənlər, orqanoleptik göstəricilər, yaş qlütenin miqdarı, nəmlik, natura, zibil qarışığı, sedimentasiya və düşmə ədədi parametrlərinin kəmiyyətcə təyini üzrə aparılacaq.

Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr həmin standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sınaqda iştirak üçün sentyabrın 1-dək müraciət etmək olar. Laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron ünvanına göndərməlidirlər.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri institutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

Qeyd edək ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.

AQTİ bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031