30 illik həsrətin sonu: İrzayevlər ailəsi Ağdərənin #Talış kəndinə qayıtdı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış davam edir. 1993-cü ildə məcburi köçkün düşən İrzayevlər ailəsi 30 il sonra, 2023-cü ildə doğma yurdları olan Ağdərənin Talış kəndinə qayıdıb.
İrzayev Həsənxan və həyat yoldaşı İrzayeva Rəbiyə oğulları İrzayev Səmədlə birlikdə azad edilmiş torpaqlarda yaşamağın böyük sevincini və rahatlığını yaşadıqlarını bildiriblər. Rəbiyə xanım hisslərini bu sözlərlə ifadə edib: "Rahatıq, torpağımız özümüzdədir. Azad Vətənimiz, güclü Ordumuz və onun başında duran Ali Baş Komandanımız İlham Əliyevlə fəxr edirik. Bu hissləri yaşamaq böyük qürurdur."
İrzayevlər ailəsinin hekayəsi Vətənə sonsuz sevginin və zəfərin təcəssümüdür. Onlar da digər qayıdan ailələr kimi, illərlə gözlədikləri yurdlarında yeni bir həyat qurmağa başlayıblar.