azturkxeber.az
http://azturkxeber.az

2024-cü il üzrə büdcə planlarının icrasına dair monitorinqin nəticələri açıqlanıb

18-08-2025

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr açıqlanıb.

Monitorinq nəticələri OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks etdirir.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.

Monitorinqin nəticələri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031