Xəzər dənizində zəlzələ olub
Avqustun 16-da Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 11:10-da qeydə alınan zəlzələnin maqnitudası 4 olub.
Zəlzələnin ocağı yerin 30 kilometr dərinliyində yerləşib.