Tramp Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşıb

Rusiya Prezidenti Vladimir Putin Amerikalı həmkarı Donald Trampla növbəti görüşün Moskvada keçirilməsini təklif edib.
Cavabında ABŞ Prezidenti bunun maraqlı ideya olduğunu bildirib. "Yəqin buna görə məni ittiham edərlər, amma bu mümkündür”, - deyə Tramp əlavə edib.
Tramp çox tezliklə Putinlə yenidən danışacağını deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: