azturkxeber.az
http://azturkxeber.az

Tramp Alyaska hava limanında Putini qarşılayıb

16-08-2025

Tramp Alyaska hava limanında Putini qarşılayıb

ABŞ Prezidenti Donald Tramp Alyaska ştatının Ankoriç şəhərində tarixi görüş üçün hava limanında rusiyalı həmkarı Vladimir Putini qarşılayıb.

Tərəflər hava limanında qırmızı xalçanın üzərində əl-ələ görüşüblər və ayaqüstü qısa söhbət ediblər. Qırmızı xalçada irəliləyərkən Tramp hər iki tərəfdə dayanmış fəxri qarovula hərbi salam verib. Daha sonra liderlər qarşısına “Alyaska 2025” yazılmış səhnəyə çıxaraq foto çəkdirib və ardınca avtomobillərə minərək hava limanını tərk ediblər.

Görüş zamanı hava limanı üzərindən F-35 qırıcıları və B-2 bombardmançısı uçuş edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031