azturkxeber.az
http://azturkxeber.az

Yeniyetmə boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər

15-08-2025

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək. Bakıda ilkin mərhələni başa vuran yığmamız növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.

Azturkxeber.az xəbər verir ki, baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.

Komandamız burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşləri də keçirəcəklər.

Qeyd edək ki, bu gün səfərə yollanacaq millimiz sentyabrın 1-də Bakıya qayıdacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031