azturkxeber.az
http://azturkxeber.az

“Sabah”ın baş məşqçisi: “Levski” ilə matçı unudub, sabahdan Premyer Liqaya hazırlaşmalıyıq

15-08-2025

“Sabah”ın baş məşqçisi: “Levski” ilə matçı unudub, sabahdan Premyer Liqaya hazırlaşmalıyıq

“Rəqibi növbəti mərhələ münasibətilə təbrik edirəm”.

Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına 0:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, hər iki oyunda qol vura bilmədikləri üçün məyus olduqlarını bildirib: “Əgər iki görüşdə də qol vura bilmiriksə, rəqib növbəti raunda vəsiqə qazanmağa layiqdir. İnkişaf etməliyik. Bu matçı unudub, sabahdan Premyer Liqaya hazırlaşmalıyıq. Çempionatı yenidən yaxşı yerdə başa vurub, avrokuboklara vəsiqə əldə etmək istəyirik”.

Baş məşqçi komandasının oyununu belə təsvir edib: “Qorxaq futbol oynadığımızı desək, futbolçularımıza hörmətsizlik olar. İlk matçda intizamlı oynadıq. Bizim rəqibdən fərqimiz odur ki, son nöqtəni qoya bilmədik. Azarkeşlərə gözəl dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031