azturkxeber.az
http://azturkxeber.az

Moskva Donald Trampın da Rusiyaya səfər etməsini arzulayır

15-08-2025

Moskva Donald Trampın da Rusiyaya səfər etməsini arzulayır

Moskva Donald Trampın da Rusiyaya səfər etməsini arzulayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ABŞ və RF prezidentlərinin avqustun 15-də Alyaskada keçiriləcək görüşü ərəfəsində bəyanat verib.

O bildirib: “Bir məsələ barədə deyə bilərəm: söhbət simmetrik hərəkətlərdən gedir. Əgər Rusiya lideri ABŞ ərazisinə gedirsə, biz ABŞ Prezidentinin də Rusiyaya qarşılıqlı səfərini gözləyirik”.

RF XİN rəsmisinin sözlərinə görə, “bu, məntiqlidir və iki ən böyük geosiyasi güc arasındakı münasibətlərin təkcə Ukrayna ilə məhdudlaşmadığını nəzərə alsaq, Rusiya ilə ABŞ arasında münasibətlərin əsas inkişafı və genişlənməsini vurğulayır”.

Miroşnik vurğulayıb ki, ABŞ ilə Rusiya arasında beynəlxalq, qlobal xarakterli, birbaşa iqtisadi, mədəni, idman və digər əlaqələri əhatə edən çoxlu məsələ var, onların bir çoxu dayandırılıb və hər iki tərəfin maraqlarına uyğun inkişaf etməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031