azturkxeber.az
http://azturkxeber.az

“Karvan-Yevlax”ın baş məşqçisi: Futbolda şans hər zaman güclünün tərəfində olmur

15-08-2025

“Karvan-Yevlax”ın baş məşqçisi: Futbolda şans hər zaman güclünün tərəfində olmur

Bu gün futbol üzrə Misli Premyer Liqasının ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “Karvan-Yevlax” komandasının baş məşqçisi Azər Həşimov oyunla bağlı fikirlərini bölüşüb.

Bu barədə AZƏRTAC-a danışan mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: “Çempionatın ilk oyunudur və çalışacağıq ki, əzmkar oyun nümayiş etdirək. “Qəbələ” ilə qarşılaşmada sərfəli nəticə qazanmaq istəyirik. Futbolda şans hər zaman güclünün tərəfində olmur. Bu idman növündə istənilən nəticə ilə qarşılaşmaq olar”.

Mütəxəssis yeni mövsümə tam hazır olmadıqlarını söyləyib: “Lakin liqada oyunlar keçirərək, optimal formaya düşəcəyik. Yeni mövsümdəki hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirməkdir”.

Qeyd edək ki, “Karvan-Yevlax” – “Qəbələ” görüşü saat 17:00-da Şamaxı şəhər stadionunda təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031