azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya Prezidenti: Şimali Koreyanın siyasi sisteminə hörmətlə yanaşacağıq

15-08-2025

Cənubi Koreya Prezidenti: Şimali Koreyanın siyasi sisteminə hörmətlə yanaşacağıq

Cənubi Koreya Prezidenti Li Çje Myon cümə günü verdiyi bəyanatda Şimali Koreyanın siyasi sisteminə hörmət edəcəyini və yarımadanı vahid dövlətdə birləşdirməyə çalışmayacağını bildirib. Eyni zamanda, gərginliyi azaltmaq və 2018-ci il hərbi müqaviləsini bərpa etmək üçün addımlar atılacaq.

Koreya yarımadasının Yaponiyanın 1910-1945-ci illərdəki müstəmləkə idarəçiliyindən azad edilməsinin 80-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident Şimali Koreyaya sülh jesti edib. O, yarımadanın nüvə silahlı olmayan əraziyə çevrilməsi ilə bağlı fikirlərini də açıqlayıb

Onun sözlərinə görə, Cənubi Koreya təsadüfi toqquşmaların qarşısını almaq və etimad mühiti yaratmaq üçün 2018-ci ildə hərbi gərginliyin azaldılması paktını bərpa etmək istiqamətində düşünülmüş mərhələli addımlar atacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031