azturkxeber.az
http://azturkxeber.az

Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq

15-08-2025

Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq

Avqustun 22-də start götürəcək Bundesliqanın 2025-2026-cı il mövsümünün oyunlarında hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq.

Yeni qərara əsasən, qarşılaşmalarda vaxt itkisi artıq daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə olunacaq. Yeni qaydanın ikinci və üçüncü liqalarda artıq tətbiqinə başlanılıb. Nəticədə həmin liqaların oyunlarında hər hissənin sonuna əlavə edilən vaxtın xeyli artdığı müşahidə edilib.

Alman Futbol Federasiyasının (DFB) hakimlər komitəsinin rəhbəri Knut Kirxer bu artımın Bundesliqanın oyunlarında da müşahidə ediləcəyini bildirib. O, hazırda topun oyunda qaldığı müddətin orta hesabla 60 dəqiqəyədək olduğunu ifadə edərək, vaxtın artacağını qeyd edib.

Matçlardakı vaxt itkisi VAR otağındakı hakim tərəfindən hesablanır və qarşılaşmanın baş hakiminə ötürülür. İtirilən vaxtın daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə edilməsi 2022-ci il dünya çempionatında sınaqdan keçirilib. Həmin vaxtdan sonra bu sistem İngiltərə Premyer Liqasında da tətbiq olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031