azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniyanın ABŞ-a ixracı kəskin azalıb

15-08-2025

Böyük Britaniyanın ABŞ-a ixracı kəskin azalıb

ABŞ-ın tətbiq etdiyi yüksək tariflərdən sonra Böyük Britaniyanın ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb.

Bu ilin iyun ayınadək olan üç aylıq dövrdə ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalıb və satışlar 2 milyard funt sterlinq aşağı olub.

Genişmiqyaslı tariflər nəticəsində Böyük Britaniyanın əksər sektorlarında, qida və içki məhsullarından tutmuş kimyəvi maddələrə qədər ABŞ-a ixrac edilən mallara əlavə 10 faiz rüsum tətbiq olunub. Bununla yanaşı, polad və alüminium ixracına hələ də 25 faiz gömrük vergisi qüvvədə qalır.

Britaniya Ticarət Palatasının (BCC) açıqlamasına görə, iyuna qədərki üç ayda yol-nəqliyyat vasitələrinin ixracı 29 faiz, kimyəvi məhsulların ixracı isə 24 faiz azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031