azturkxeber.az
http://azturkxeber.az

Belçikada listeriyaya yoluxma riskinə görə pendir və balığın satışı dayandırılıb

15-08-2025

Belçikada listeriyaya yoluxma riskinə görə pendir və balığın satışı dayandırılıb

“Colruyt” supermarketlər şəbəkəsi, listeria bakteriyasına yoluxma şübhəsi ilə əlaqədar “Everyday” markasından olan kamamber pendiri partiyasını geri çağırıb.

“Carrefour” şəbəkəsi də analoji tədbirlər görərək bir neçə növ qablaşdırılmış balıqları da satışdan çıxarıb.

Listerioz ürəkbulanma, qusma, ishal və yüksək atəşə səbəb ola bilər. Fransada onlarla pendir növündə bakteriya aşkar edildikdən sonra onlar artıq geri çağırılıb. Bu məhsulların bir hissəsi Belçika bazarında qalmaqdadır.

Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FAVV) müxtəlif pərakəndə satış şəbəkələri vasitəsilə yayılan “Fleur de pré” brendinin “Buchette de Chèvre” keçi pendirinin satışına qadağa qoyub.

Listeriya həmçinin “Carrefour” balıq məhsullarında da aşkar edilmişdir.

Alıcılara sadalanan məhsulları istehlak etməmələri və mağazalara qaytarmaları tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031