azturkxeber.az
http://azturkxeber.az

Babək rayonunda ağır yol qəzası baş verib, ölənlər var

15-08-2025

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qahab kənd sakini, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes-Benz” “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü və 27 yaşlı Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın oğlu ağır bədən xəsarətləri alaraq, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031