Avqustun 14-də keçirilən əməliyyatlar nəticəsində 7 itkin və 11 axtarışda olan şəxs tapılıb və saxlanılıb
Avqustun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.