azturkxeber.az
http://azturkxeber.az

Tramp Putinlə görüşdən dərhal sonra Zelenski ilə üçlü görüş təşkil etmək istəyir

14-08-2025

Tramp Putinlə görüşdən dərhal sonra Zelenski ilə üçlü görüş təşkil etmək istəyir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə Putinin görüşməsini istəyir.

Bu barədə Tramp Avropa liderləri və Zelenski ilə virtual görüşdən sonra açıqlayıb. O, bunun ilk görüşün uğurlu olmasından asılı olduğunu qeyd edib.

“Əgər Putinlə görüş uğurlu olarsa, biz dərhal ikincini təşkil edəcəyik. Mən bunun təxirə salınmadan dərhal olmasını istərdim. Əgər onlar da orada olmağımı istəsələr, Prezident Putinlə Prezident Zelenski arasında dərhal ikinci görüşümüz olacaq”, -deyə Tramp bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031