azturkxeber.az
http://azturkxeber.az

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib

14-08-2025

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərnişindaşıma fəaliyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunmalı və bu fəaliyyət zamanı sərnişinlərin təhlükəsizliyi tam təmin edilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031