azturkxeber.az
http://azturkxeber.az

“Podul” qasırğası Tayvanın cənubunu vurub

14-08-2025

“Podul” qasırğası Tayvanın cənubunu vurub

Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

Hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək. Çinin cənub və cənub-qərbində cümə gününə qədər güclü yağışlar gözlənilir, çünki qasırğanın qalıqları ölkə daxilində hərəkət edir”, - deyə Çin Meteorologiya Bürosu məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031