azturkxeber.az
http://azturkxeber.az

Media: HƏMAS İsrail qoşunlarının çıxarılması müqabilində Qəzzadakı döyüşçülərini geri çəkməyə hazırdır

14-08-2025

Media: HƏMAS İsrail qoşunlarının çıxarılması müqabilində Qəzzadakı döyüşçülərini geri çəkməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı razılaşdırılmış məqamlara görə İsrail qoşunlarının çıxarılması müqabilində Qəzza zolağından döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib.

Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misir vasitəçilərinə çatdırıb. "HƏMAS İsrailin razılaşdırılmış nöqtələrə çəkilməsi müqabilində öz döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib və girovların həyatını qorumaq öhdəliyini vurğulayıb", - mənbələr telekanala bildiriblər. Onların sözlərinə görə, hərəkat İsrailin Qəzzanı işğal etmək planlarının sona çatacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq zəmanətlərin daxil olduğu yazılı razılaşma tələb edib.

Mənbələr, həmçinin qeyd ediblər ki, Misir Qəzza ilə bağlı hərtərəfli saziş üçün plan hazırlayır və bu plan avqustun sonuna qədər həyata keçirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031