azturkxeber.az
http://azturkxeber.az

Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.

14-08-2025

Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031