Kənd təsərrüfatı naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
Avqustun 14-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvana səfər edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi önünə tər güllər qoyub, xatirəsini ehtiramla yad ediblər.
Kənd təsərrüfatı naziri səfər çərçivəsində avqustun 15-də muxtar respublikada vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək.