azturkxeber.az
http://azturkxeber.az

İkinci ixtisas qrupu üzrə 218 abituriyent 600 və daha çox bal toplayıb

14-08-2025

İkinci ixtisas qrupu üzrə 218 abituriyent 600 və daha çox bal toplayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 218 abituriyent 600 və daha çox bal toplayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bu ixtisas qrupu üzrə imtahanın nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7367, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 12 min 702 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031