azturkxeber.az
http://azturkxeber.az

COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi keçiriləcək

14-08-2025

COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi keçiriləcək

Ölkəmizdə ötən il 35 ölkədən 75 gənc müəllimin iştirakı ilə start götürən və iqlim üzrə təhsilverənlərin qlobal hərəkatını dəstəkləyən növbəti İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi keçiriləcək.

Azturkxeber.az COP29-un rəsmi sosial şəbəkədə səhifəsinə istinadla xəbər verir ki, avqustun 25-dən 29-dək reallaşacaq İqlim Dəyişikliyi üzrə ikinci Yay Düşərgəsi iqlimə həssas yeni nəsil müəllimlərin formalaşmasına töhfə verəcək.

“Bu təşəbbüs, pedaqoji fəaliyyətinin başlanğıcında olan müəllimləri praktik alətlər və qlobal şəbəkələşmə ilə təmin etməklə, COP29-un Gənclər üzrə İqlim Çempionunun missiyasını davam etdirir və məktəblərdə və icmalarda dayanıqlı dəyişikliklərə təkan verir.

Gənc müəllimlər üçün nəzərdə tutulan bu düşərgə iştirakçıları iqlim dəyişikliyi, COP prosesi və dayanıqlılıq sahələrində zəruri bilik və bacarıqlarla təmin edərək gələcək nəsilləri iqlim fəaliyyətində aktiv iştirak etməyə ruhlandırmağı hədəfləyir. Düşərgənin məqsədi sinif otaqlarından cəmiyyətə yayılan təsir yaratmaq, ortaq təcrübələri paylaşmaq və daha yaşıl dünyaya keçidi təşviq etməkdir”, - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031