azturkxeber.az
http://azturkxeber.az

Araşdırma: Bağırsaq bakteriyaları və yuxusuzluq arasında əlaqə tapılıb

14-08-2025

Araşdırma: Bağırsaq bakteriyaları və yuxusuzluq arasında əlaqə tapılıb

Yeni bir araşdırma göstərir ki, bəzi bağırsaq bakteriyaları yuxusuzluq riskini artıra və ya azalda bilər.

“General Psychiatry” jurnalında dərc olunan tədqiqat Mendel randomizə üsulundan istifadə edərək genetik məlumatlar üzərində aparılıb.

Tədqiqatda 386 min 533 nəfərin yuxusuzluqla bağlı genom məlumatları, həmçinin MiBioGen alyansı və Hollandiya Mikrobiom Layihəsindən əldə olunan 26 mindən çox insanın bağırsaq mikrobiomu nümunələri analiz edilib.

Nəticədə 14 bakteriya qrupu yuxusuzluqla müsbət əlaqəli olub (yəni riski 1-4 faiz artırır). 8 bakteriya qrupu isə mənfi əlaqəli olub (riski 1-3 faiz azaldır). Yuxusuzluq bəzi bakteriyaların azalmasına (43-79 faiz), bəzilərinin isə çoxalmasına (65 faizdən 4 dəfədən çox) səbəb olur. Xüsusilə Odoribacter bakteriyası yuxusuzluq riski ilə güclü şəkildə əlaqələndirilib. Alimlər qeyd edirlər ki, tapıntılar səbəb-nəticə əlaqəsini göstərən ilkin sübutlar təqdim edir. Lakin araşdırma yalnız Avropa mənşəli iştirakçılar üzərində aparıldığı üçün nəticələr bütün xalqlara aid edilə bilməz. Həmçinin qidalanma, həyat tərzi və ətraf mühit faktorları nəzərə alınmayıb.

Tədqiqatçılar bildirirlər ki, bağırsaq mikrobiomu və yuxusuzluq arasındakı iki istiqamətli əlaqə immun sistem, iltihab prosesi və beyin kimyası kimi mexanizmlərlə bağlı ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031