azturkxeber.az
http://azturkxeber.az

Alimlər alma ilbizlərində insan gözünün bərpasına dair ipucları tapıblar

14-08-2025

Alimlər alma ilbizlərində insan gözünün bərpasına dair ipucları tapıblar

Bir qrup alim düyü tarlalarında məskunlaşan və zədələnmiş və ya itirilmiş gözlərinin bir ay ərzində bərpa olunduğu alma ilbizini (“Pomacea canaliculata”) tədqiq etməklə insan gözünün bərpası üçün potensial ipucları müəyyən edib.

Professor Elis Akkorsinin komandası alma ilbizi və insan gözlərinin ortaq anatomik və genetik xüsusiyyətlərini təsdiqləyib. Yeni kəşf bu ilbizin gözün bərpasını öyrənmək üçün faydalı bir model ola biləcəyini göstərir.

Professor Akkorsi bildirib: “Pomacea canaliculata”'nın göz bərpası qabiliyyətini aşkar etməklə insanın bu vacib orqanının zədələnməsini başa düşmək üçün fikir əldə edə bilərik. Hətta insan gözlərinin müalicəsi və ya bərpası üçün potensial olaraq yeni üsullar təklif etmək mümkündür”.

Vətəni Cənubi Amerika olan mollyuskun kameraya bənzəyən gözləri insan, ahtapot və kalamarlarınkinə bənzəyir. Regenerasiyada differensiallaşmamış hüceyrələr zədə sahəsinə doğru hərəkət edərək 15 gün ərzində buynuz qişa, linza, torlu qişa və görmə sinirini əmələ gətirir. Bununla belə, tam funksionallıq daha bir neçə həftə tələb edir.

Genetik analiz 9000 genin zədədən sonra fəaliyyətini dəyişdirdiyini, 1175 genin isə 28 gün sonra hələ də aktiv olduğunu ortaya qoyub. CRISPR/Cas9 gen redaktə texnologiyasından istifadə edən tədqiqatçılar pax6 geninin ilkin gözün inkişafı üçün vacib olduğunu müəyyən ediblər. Akkorsi bildirib: “Əgər pax6 geninin hər iki nüsxəsi normal fəaliyyət göstərmirsə, göz embrionda inkişaf etmir”.

Komanda indi spesifik göz strukturlarına cavabdeh olan digər genlərlə yanaşı, regenerasiya üçün pax6-nın da lazım olub-olmadığını yoxlayır. Qeyd edilib ki, alma ilbizləri sürətli çoxalma və laboratoriya uyğunlaşma qabiliyyətinə görə ideal tədqiqat obyektidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031