azturkxeber.az
http://azturkxeber.az

Aleksandar Vuçiç prezidentliyə namizəd olmaq fikrində deyil

14-08-2025

Aleksandar Vuçiç prezidentliyə namizəd olmaq fikrində deyil

Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib.

Aleksandar Vuçiç prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını vurğulayıb.

“Seçkilərdə xalqın nə deyəcəyini görəcəyik. Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünürəm”, - deyə o qeyd edib.

Aleksandar Vuçiç gələcəkdə də siyasi müstəvidə yardım etməyə və aktiv fəaliyyətlə məşğul olmağa davam edəcəyini, lakin indi bunu hansı mövqedən edəcəyi barədə danışmaq istəmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031