Tramp Putinlə görüş öncəsi sabah Zelenski ilə onlayn danışacaq
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident CeyDi Vens sabah Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı müttəfiqləri ilə onlayn görüşdə iştirak edəcək. Bunu iki ABŞ rəsmisi təsdiqləyib.
Danışıq zamanı avqustun 15-də Alyaskada keçiriləcək ABŞ və Rusiya prezidentlərinin görüşünün müzakirə olunacağı bildirilir.