azturkxeber.az
http://azturkxeber.az

İtaliya 30-dan çox azyaşlı fələstinli uşağı müalicə edəcək

13-08-2025

İtaliya 30-dan çox azyaşlı fələstinli uşağı müalicə edəcək

Qəzza zolağından təxliyə edilən 30-dan çox fələstinli azyaşlı uşaq İtaliyada müalicə olunacaq.

Azyaşlıları daşıyan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə paytaxt Roma, Milan və Pizadakı hava limanlarına enəcək. Uşaqları ailələri də müşayiət edəcək, ümumilikdə 120 nəfərədək fələstinli İtaliyaya gətiriləcək. Azyaşlılara İtaliyanın səhiyyə müəssisələrində lazımi tibbi yardım göstəriləcək.

Bu təşəbbüs İtaliyanın “Qəzza üçün ərzaq” layihəsinin bir hissəsidir. İndiyədək İtaliyada müalicə olunan fələstinli uşaqların sayı 180-i ötüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031