azturkxeber.az
http://azturkxeber.az

Hindistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 240-a çatıb

13-08-2025

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında iki ayda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 240 nəfər həlak olub.

Ştatın Təbii Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

"Muson yağışları nəticəsində ölənlərin ümumi sayı 240-a çatıb, o cümlədən torpaq sürüşmələri, daşqınlar və leysanlar kimi yağışlarla əlaqədar hadisələrdə 125 nəfər, yol qəzalarında isə 115 nəfər ölüb", - idarədən bildirilib.

Regionda elektrik və su təchizatında fasilələrin olduğu bildirilir.

Ştat üzrə bir çox sürüşmə monitorinq stansiyaları hazırda fəaliyyət göstərmir və bu, davam edən musson mövsümündə vaxtında xəbərdarlıq və fəlakətlərə hazırlıqla bağlı narahatlıq yaradır.

Himaçal-Pradeşdə musson mövsümü iyunun sonundan sentyabr ayına qədər davam edir və illik yağışın çox hissəsi bu müddət ərzində düşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031