azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ-dən əməliyyatlar: 15 kq narkotik vasitə aşkarlandı

13-08-2025

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir. Paytaxtın Xətai və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031