azturkxeber.az
http://azturkxeber.az

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

13-08-2025

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.

AZAL-dan bildirilib ki, sözügedən tərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlar yaradaraq, Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.

“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcı aviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımız sərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahət imkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimiz arasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”, – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Uçuşlar haqqında əlavə məlumatı www.azal.azwww.gulfair.com rəsmi saytlarından əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031