Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
Avqustun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaşlarla növbəti görüşü keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll ediləcəyi qeyd olunub.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Komitə sədri Rövşən Rzayev Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad güşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib.