azturkxeber.az
http://azturkxeber.az

Britaniyalı nazir: La-Manşı keçən qanunsuz miqrant axını nəzarət altına alına bilmir

12-08-2025

Britaniyalı nazir: La-Manşı keçən qanunsuz miqrant axını nəzarət altına alına bilmir


Böyük Britaniyada kiçik qayıqlarla La-Manş boğazını keçərək ölkəyə gələn qanunsuz miqrantların sayı 50 minə yaxınlaşır.

Təhsil naziri Baronessa Cekki Smit hökumətin bu problemin qarşısını indiyədək ala bilmədiyini etiraf edib. Nazir bildirib ki, təhlükəli keçidi edənlərin sayının artması indiyə qədər həll edə bilmədikləri bir problemdir. Lakin, o, bunun məsuliyyətini əvvəlki hökumətin daşıdığını vurğulayıb. Onun sözlərinə görə, hazırda problemin həlli üçün çox vacib tədbirlər görülür.

Miqrasiya ilə bağlı ictimai narazılığın artdığı bir vaxtda hökumət miqrant axınının qarşısını almaq üçün tədbirlərini gücləndirib. Bundan başqa, Daxili İşlər Nazirliyi “əvvəl deportasiya, sonra apellyasiya” sxeminin tətbiqini genişləndirib. Bu sxem xarici cinayətkarların şikayətləri araşdırılmadan əvvəl ölkədən çıxarılmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031