azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda növbəti seminarı olub

12-08-2025

Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” üzrə seminar keçirilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, seminar IJF Akademiyasının təhsil direktoru, Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub. Təlim zamanı iştirakçılara “nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub.

Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031