azturkxeber.az
http://azturkxeber.az

Tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları şəxsi öldürən iki nəfər tutulub

11-08-2025

Tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları şəxsi öldürən iki nəfər tutulub

Avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin qətlə yetirilməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İ. Əliyevi yatarkən qətlə yetirmələrinə, sonra F. Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb, sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib, müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adamöldürmə), 120.2.5 (tamah məqsədi ilə adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında F. Feyzullayev və Ü. Abasov təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031