azturkxeber.az
http://azturkxeber.az

Ərdoğanın prezidentliyi: Türkiyənin 11 illik uğurları və nailiyyətləri

11-08-2025

Ərdoğanın prezidentliyi: Türkiyənin 11 illik uğurları və nailiyyətləri

Ötən gün Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçilməsinin 11-ci ildönümü qeyd olundu.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin siyasi tarixində birbaşa ümumxalq səsverməsi ilə seçilən ilk prezident olub. Bundan əvvəlki bütün dövlət başçıları Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri tərəfindən seçilib.

2014-cü il avqustun 10-da 41 milyon seçici 3 namizəd arasından Türkiyənin 12-ci Prezidenti postuna ən layiqli namizədi seçmək üçün səs verib. Artıq ilk turda prezidentlik yarışının şübhəsiz favoriti - adı ilə Türkiyənin son iyirmi ilin nailiyyətlərinin bağlı olduğu siyasətçi Rəcəb Tayyib Ərdoğan oldu.

Türkiyə liderinin təşəbbüsü ilə 2018-ci ilin iyulunda ölkə idarəetmə formasını dəyişərək Prezident Respublikasına çevrildi.

Prezident Ərdoğanın rəhbərliyi ilə Ankaranın regionda və dünyada mövqelərinin möhkəmlənməsinə, Türkiyənin daha da inkişaf etmiş dövlətə çevrilməsinə yönəlmiş çoxsaylı islahatlar və proqramlar həyata keçirilib.

Türkiyənin prioritetləri hərbi sənaye kompleksinin inkişafı, ordunun gücləndirilməsi və terrora qarşı barışmaz mübarizə olmuşdu.

Ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi terror probleminin ölkə gündəmindən tamamilə çıxarılmasına yönəlmiş “Terrorsuz Türkiyə” təşəbbüsü oldu.

Müdafiə sektorunda idxalı əvəzləmə səviyyəsi 80 faizə çatdı ki, bu da dünya şöhrətli məhsulların yaranmasına və Türkiyəni hərbi təyinatlı məhsulların əsas ixracatçısına çevirdi.

Ərdoğanın prezidentliyi dövründə Türkiyə həqiqətən tarixi iqtisadi və texnoloji sıçrayış etdi: onlarla xəstəxana, hava limanları, körpülər, tunellər və magistral yollar tikilib. İlk yerli istehsal olan “Togg” elektrik avtomobilləri istifadəyə verildi, TÜRKSAT 6A ilk telekommunikasiya peyki Yer orbitinə buraxıldı, ilk türk astronavt kosmosa uçdu və s.

Əgər 2002-ci ildə Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişi zamanı Türkiyənin ÜDM-i 230 milyard dollar təşkil edirdisə, 2025-ci ilin birinci rübündə bu rəqəm 1,37 trilyon dolları keçdi. Yəni 23 ildə Türkiyə iqtisadiyyatı 6 dəfə artıb. Eyni zamanda, Türkiyədə adambaşına düşən ÜDM 15 min 971 dollara çatıb.

Qara dənizdə ehtiyatlarının 710 milyard kubmetr olduğu təxmin edilən, Türkiyə tarixinin ən böyük təbii qaz yatağı olan “Sakarya” kəşf edilib.

Türkiyənin cənub-şərqdəki Qabar dağı bölgəsində böyük neft yatağı işlənilir, Mersin vilayətində isə ölkənin ilk atom elektrik stansiyası tikilir.

Ərdoğanın rəhbərliyi altında Türkiyə dünya siyasətinə təsir edən əsas qlobal oyunçulardan birinə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031