azturkxeber.az
http://azturkxeber.az

Qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb

11-08-2025

Qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb

2025-ci il avqustun 20-dən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” qüvvəyə minəcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu sahədə sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.

Görüşdə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə edilən qida məhsulları ilə təmasda olan material və məmulatlara dair ümumi tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini, onun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərini dəyişdirməməlidir.

Sahibkarlara material və məmulatlar, habelə onların etiketlənməsinə dair tələblər izah edilib, plastik material və məmulatların istehsalı zamanı diqqət yetirilməli məqamlar xüsusi vurğulanıb.

Qeyd olunub ki, qida məhsullarının qablaşdırılmasında istifadə edilən material və məmulatların istehsalı zamanı həmin Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.

Görüş zamanı sahibkarların sualları cavablandırılıb, irəli sürülən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün AQTA-nın aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031