azturkxeber.az
http://azturkxeber.az

Papauşvili: Ermənistan-Azərbaycan Birgə Bəyannaməsi Cənubi Qafqaz xalqlarının rifahının yaxşılaşmasına xidmət edir

11-08-2025

Papauşvili: Ermənistan-Azərbaycan Birgə Bəyannaməsi Cənubi Qafqaz xalqlarının rifahının yaxşılaşmasına xidmət edir

Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayıram. Bu sənəd hər üç Cənubi Qafqaz ölkəsinin xeyrinə və xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında söyləyib.

Papuaşvili deyib: “Onilliklər boyu davam edən münaqişə regionumuza ağır yük idi, əhalimizə, ölkəmizə, investisiya cəlbediciliyinə və sair sahələrə mənfi təsir edirdi. Ona görə də Gürcüstan həmişə sülh sazişinin və Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının ən böyük dəstəkçisi olub və biz bu razılaşmanın əldə olunmasına çox şadıq”.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərini bu razılaşmanın əldə olunması münasibətilə təbrik edən Şalva Papuaşvili vurğulayıb: “Onlar bilirlər, biz həmişə təklif etmişik ki, sülh sazişi imzalanan kimi siyasi formatlara, o cümlədən parlamentlərarası formatlara yol açılır, ölkələr, siyasətçilər və parlamentarilər arasında etimadın inkişafı üçün yol açılır. Gürcüstan da bu məsələdə öz töhfəsini verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031