azturkxeber.az
http://azturkxeber.az

Almaniyada günəş enerjisi ilə bağlı subsidiyalar azaldıla bilər

11-08-2025

Almaniyada günəş enerjisi ilə bağlı subsidiyalar azaldıla bilər

Almaniyanın federal iqtisadiyyat naziri Katerina Rayxe şəxsi evlərdə günəş enerjisi qurğuları üçün dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsini təklif edib.

Nazir “Augsburger Allgemeine” qəzetinə müsahibəsində kiçikhəcmli yeni günəş panellərinin artıq bazar şərtlərində sərfəli hesab olunduğunu və əlavə maliyyə dəstəyinə ehtiyac qalmadığını bildirib. Onun sözlərinə görə, son illərdə həm günəş panellərinin, həm də enerji saxlama sistemlərinin qiymətləri xeyli ucuzlaşıb.

Mövcud qurğular üçün enerjiötürmə tariflərinə toxunulmayacağını vurğulayan K.Rayxe bu sahədə fəaliyyət göstərənlərin mövcud hüquqlarının qorunacağını qeyd edib.

Hazırkı qaydalara əsasən, damında günəş enerjisi istehsal edib şəbəkəyə ötürən hər bir ev sahibi 20 il müddətinə sabit tariflə ödəniş alır. Tarifin məbləği qurğunun gücü, ötürmə növü və istismara verilmə tarixinə görə dəyişir.

Katerina Rayxe, həmçinin bildirib ki, günəş panellərinin enerji saxlama sistemləri ilə inteqrasiya olunması, bazarda birbaşa satış imkanlarından istifadə etməsi və şəbəkə yüklənməsinin azaldılması vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031