azturkxeber.az
http://azturkxeber.az

Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq məsləhətləşmələr aparacaq

11-08-2025

Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq məsləhətləşmələr aparacaq

Almaniya Kansıeri Fridrix Merts Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparmaq niyyətindədir.

Bununla bağlı videokonfransın keçirilməsi planlaşdırılır.

Onlayn məsləhətləşmələrdən əvvəl Kanslerin Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiyanın dövlət və hökumət başçıları ilə virtual görüşü təşkil olunacaq. Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ Prezident Donald Tramp avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı müharibə ilə bağlı görüş keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031