Qızlarımız hazırlıqların yekun mərhələsi üçün İstanbula yola düşüb

10 avqust qızlardan ibarət U-16 millimiz təlim-məşq toplanışı çərçivəsində Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Ferhat Akcanın rəhbərlik etdiyi millimiz 20-29 avqust tarixlərində İstanbulda baş tutacaq Avropa Çempionatı B divizionuna hazırlıqların son mərhələsini bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları ilə yekunlaşdıracaq. Qeyd edək ki, hazırlıq prosesinə 18 avqustda yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: