Polis ölkə ərazisində sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir
Polis ölkə ərazisində sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın bütün ərazilərində, o cümlədən Qarabağda polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.
“Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində səfalı torpaqlarımızın füsunkar təbiətinə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf-mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.
Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!”, - deyə məlumatda bildirilir.