azturkxeber.az
http://azturkxeber.az

“Hürriyet” qəzeti: İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib

10-08-2025

“Hürriyet” qəzeti: İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib

Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 35 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu. Vaşinqtonda keçirilən görüş Azərbaycan liderinin döyüş meydanında qazandığı qələbədən sonra diplomatik qələbəsi olub.

Bu barədə Türkiyənin “Hürriyyet” qəzetində bazar günü dərc olunan məqalədə deyilir.

Materialda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri sitat gətirilir: “Prezident İlham Əliyev təxminən beş il əvvəl Qarabağ müharibəsində qələbə qazanıb, bu gün isə Vaşinqtonda Azərbaycan lideri sülh yolunda qələbəyə nail olub”.

Qəzetdə qeyd edilir ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasına bir neçə addım qalıb. “Bu istiqamətdə Ermənistan Konstitusiyasına yenidən baxılması və ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi vacibdir”, - deyə məqalədə vurğulanır.

Qəzetdə yazılır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat marşrutunun açılması istiqamətində işlərin bir il ərzində başa çatdırılması gözlənilir.

Məqalədə Türkiyənin bölgədə sülh və sabitliyə yaxınlaşması işinə verdiyi töhfəyə xüsusi diqqət yetirilir.

Türkiyə ilə Azərbaycan liderləri arasında dünənki telefon danışığından bəhs edilib, söhbətdə Türkiyə tərəfi danışıqlar prosesindəki irəliləyişdən məmnunluğunu ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031